SARYLAR A journey to the Karabakh horses

və ya Qarabağ atlarının görüşünə gətirən səyahət

 

FILM

“Sarılar” əfsanəvi Qarabağ atı barədə bir araşdırmaya həsr olunmuş sənədli filmdir. Bu, həm də əsrlər boyu Qarabağ atlarının vətəni olmuş bir ölkəyə - Azərbaycana səyahətdir.

 

Uelsdən olan gənc tələbə Paulin eşidir ki, hətta İngiltərə Kraliçasının illər boyunca gözəl bir Qarabağ köhləni olub. O, bu at cinsinin özünəməxsusları barədə,  eləcə də həmin atların  nəslinin tükənməkdə olduğunu öyrənir. Bu cins barədə daha çox öyrənmək, Qarabağ atlarının saxlanılmasının və gələcəyinin qayğısına qalan insanlarla görüşmək məqsədilə o, İngiltərədən Azərbaycana səfər etmək qərarına gəlir. Tədricən başa düşür ki, hətta atların da doğulub ərsəyə

gəldikləri, onlara nadir xüsusiyyətlər verən “ana vətənə” ehtiyacı var. Paulin Azərbaycana gələndə bu ölkənin  ecazkar təbiətinə, Qafqaz dağlarının gözəlliklərinə vurulur. Maraq onu Qafqazın ucqar yerlərinə aparır, orada Aşıqla və çoban oğlanla tanış olur. Onların hər ikisi Paulini Qarabağ atları haqqında əfsanə və nağıllar aləminə aparır.

 

Sonda Mehtər,  cavan atabaxan oğlan onu düzənlik ərazidəki Qarabağ atlarının ilxısı olan yerə gətirir. Hər tərəfdən Qarabağ atları ilə əhatə olunmuş Paulin “ana vətən” anlayışının mənasını, insanların və heyvanların nə dərəcədə bir-birinə bağlı olduqlarını başa düşür.